Qərargahdan İranda olan Azərbaycan vətəndaşları ilə bağlı mühüm açıqlama

Abunə olmaq
Operativ qərargah: Vətəndaşların ölkəyə qayıtması üçün İrandan Azərbaycana uçuş reysi təşkil olunacaq.

BAKI, 1 mart - Sputnik. Fevralın 29-da İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında sərhədin müvəqqəti bağlanması ilə əlaqədar hazırda İranda olan Azərbaycan vətəndaşlarının ölkəyə qayıtmasını təmin etmək üçün müvafiq tədbirlər həyata keçirilir.

Nazirlər Kabinetinin yanında operativ qərargahdan verilən məlumata görə, bu məqsədlə martın 4-də İrandan Azərbaycana uçuş reysi təşkil olunacaq və xüsusi dəhliz vasitəsilə vətəndaşların ölkəyə qayıtması təmin olunacaq.

 Azərbaycana gəlmək istəyən vətəndaşların ölkəmizin Tehrandakı Səfirliyi və Təbrizdəki Baş konsulluğu ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmələri xahiş olunur.

İrandan təxliyyə olunacaq vətəndaşlar müvafiq müayinə aparılması məqsədilə karantinə yerləşdiriləcəklər. Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə əsasən, koronavirus infeksiyasının aşkarlanması üçün karantin 14-29 gün müddətinə müəyyən edilib.

Azərbaycan Respublikası ərazisində koronovirusun yayılmasının qarşısını almaq üçün bütün vətəndaşların karantin rejiminin tələblərinə riayət etməsi tələb olunur.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin ünvanı:

Tehran şəhəri, Neyistan 3, Rastovan küçəsi 16

Telefon:

(+98 910) 559 56 10 (+9821) 22 55 82 99 (+9821) 22 55 42 55

 Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunun ünvanı:

Təbriz səhəri, Vəliəsr, Arif küçəsi 9

Telefon:  

(+98 902) 095 13 83

(+98413) 333 48 02/04

Xəbər lenti
0