Fuad İbrahimov: “Hər iki ölkə investisiya qoyuluşunun cəlbediciliyini artırmağa çalışır”
“Türkiyənin Azərbaycan üçün ən mühim tərfdaş ölkə olması hər kəs aydındır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov deyib.
Ekspert bildirib ki, iki ölkə prezidentinin qarşılıqlı səfərləri zamanı mühim sənədlər qəbul olunur, yeni layihələrə imza atılır:
“Türkiyə prezidentinin Azərbaycana sonuncu səfəri zamanı da imzalanan iqtisadi sahəyə aid sənədlərdə dünya iqtisadiyyatında gedən proseslər nəzərə alınmışdı. Hər iki ölkə investisiya qoyuluşunun cəlbediciliyini artırmaq üçün 3 A mexanizmindən istifadə edir. Bu mexanizmin məqsədi investisiya qoyuluşları və iqtisadi sahədə atılacaq addımlar kompleks yanaşma nəticəsində reallaşdırılır”.
Fuad İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz