Suriya İdlibə dair qəti addım atdı - Qalır Türkiyənin cavabı

© AP Photo / Ghaith AlsayedИдлиб, фото из архива
Идлиб, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Silahlı qüvvələrin komandanlığı Suriyanın şimal-qərbində və xüsusən İdlib əyaləti üzərindəki sahənin istənilən təyyarə və uçan pilotsuz aparatlar üçün bağlı olduğunu elan edir.

BAKI, 1 mart - Sputnik. Suriya ordusu İdlib üzərindəki hava sahəsini bağlı elan edib. Bu barədə RİA Novosti Suriya ordusunun rəhbərliyinə istinadən məlumat verir.

Məlumata əsasən, bu ərazidəki bütün hədəflər düşmən hesab olunaraq vurulacaq.

"Silahlı qüvvələrin komandanlığı Suriyanın şimal-qərbində və xüsusən İdlib əyaləti üzərindəki sahənin istənilən təyyarə və uçan pilotsuz aparatlar üçün bağlı olduğunu elan edir. Hava sahəmizi pozan istənilən təyyarələr üşmən sayılacaq və vurulacaq", – komandanlığın bəyanatında deyilir.

Xəbər lenti
0