Sputnik Türkiyə-nin rəhbərliyi azad edildi

© Sputnik / Aleksey Danichev / Mediabanka keçidСтенд международного информационного агентства и радио Sputnik
Стенд международного информационного агентства и радио Sputnik - Sputnik Azərbaycan
Abunə olmaq
Azad edilmə Rusiya XİN başçısı Sergey Lavrovla Türkiyə xarici siyasət idarəsinin rəhbəri Mövlud Çavuşoğlunun telefon danışığından sonra baş verib. 

BAKI, 1 mart - Sputnik. Saxlanılmış Sputnik Türkiyə İnformasiya Agentliyinin Türkiyə Bürosunun 3 əməkdaşı, o cümlədən rəhbəri Mahir Boztepe azad ediliblər.

RİA Novosti-nin məlumatına görə, azad edilmə Rusiya XİN başçısı Sergey Lavrovla Türkiyə xarici siyasət idarəsinin rəhbəri Mövlud Çavuşoğlunun telefon danışığından sonra baş verib.

Студия Sputnik Турция, фото из архива - Sputnik Azərbaycan
Sputnik Türkiyə-nin rəhbərliyi saxlanılıb

Dünən axşam saatlarında Sputnik Türkiyə-nin əməkdaşlarının yaşadıqları mənzilə bir qrup naməlum şəxs hücum etməyə cəhd edib. Naməlum şəxslər əməkdaşların ünvanına hədə-qorxular səsləndirərək onlardan peşə fəaliyyətlərinə son qoymağı tələb ediblər.

Daha sonra Sputnik Türkiyə İnformasiya Agentliyinin Türkiyə Bürosunun 3 əməkdaşı, o cümlədən rəhbəri Mahir Boztepe İstanbulda saxlanılıb.

İnsidentin və saxlanılmanın səbəbi kimi Tükiyə mediası agentliyin saytında çıxan tarixi mövzudakı məqaləni göstərir.

Xəbər lenti
0