Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kiselyov Sputnik Türkiyə olayı barədə: Putin qeyri-səmimiliyi sevmir

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidенеральный директор МИА «Россия сегодня» Дмитрий Киселев
енеральный директор МИА «Россия сегодня» Дмитрий Киселев - Sputnik Azərbaycan
Abunə olmaq
Kremlin də səbrinin həddi var, Putinin dəqiq sevmədiyi şey isə öhdəliyə sadiq olmamaq, daha da pisi qeyri-səmimilikdir

BAKI, 1 mart - Sputnik. Ankaranın Sputnik Türkiyə ətrafındakı hərəkətləri Rusiya və Türkiyə liderlərinin gözlənilən görüşünün atmosferinə mənfi təsir göstərir. "Rossia Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyov bu fikirdədir.

"Əgər mümkün Moskva görüşü ərəfəsində atmosfer yaradılmasından danışırıqsa, onda Sputnik beynəlxalq agentliyinin İstanbul və Ankaradakı nümayəndəliklərinə qarşı edilənlər onu dəqiq yaxşılaşdırmır", - Kiselyov "Rossiya 1" telekanalında yayımlanan "Vesti nedeli" proqramının efirində deyib.

Стенд международного информационного агентства и радио Sputnik - Sputnik Azərbaycan
Sputnik Türkiyə-nin rəhbərliyi azad edildi

"Belə fikir yaranır ki, görüş ərəfəsində Ərdoğan xoş atmosfer yaradılmasının qayğısına qalmır. Avropa, ərəb dünyası ilə münasibətıərinin pis durumunda Liviyada müdaxilə edən, İranın fikrini nəzərə almadan, NATO-dan yalnız sözdə dəstək alaraq Suriya ordusu ilə döyüşə başlayan Türkiyə Prezidenti ABŞ-ın qisas məqsədilə etdiyi təhriklə riskli avantüraya girişir", - o əlavə edib.

Kiselyovun sözlərinə görə, Rusiya ilə münasibətlərdə Ərdoğan "səhv ardınca səhv" edərək həmişə qalib gəlib.

"Dəqiq məlum deyil ki, bu səhvdir, yoxsa yeni niyyət", - Kiselyov qeyd edib.

"Rusiya hələlik özünü səbrli aparırı və Ərdoğana şans saxlayır, lakin aydındır ki, Kremlin də səbrinin həddi var, Putinin dəqiq semədiyi şey isə öhdəliyə sadiq olmamaq, daha da pisi qeyri-səmimilikdir", - baş direktor bəyan edib.

Студия Sputnik Турция, фото из архива - Sputnik Azərbaycan
Sputnik Türkiyə-nin rəhbərliyi saxlanılıb

Dünən axşam saatlarında Sputnik Türkiyə-nin əməkdaşlarının yaşadıqları mənzilə bir qrup naməlum şəxs hücum etməyə cəhd edib. Naməlum şəxslər əməkdaşların ünvanına hədə-qorxular səsləndirərək onlardan peşə fəaliyyətlərinə son qoymağı tələb ediblər.

Daha sonra Sputnik Türkiyə İnformasiya Agentliyinin Türkiyə Bürosunun 3 əməkdaşı, o cümlədən rəhbəri Mahir Boztepe İstanbulda saxlanılıb.

Saxlanılmış Sputnik Türkiyə İnformasiya Agentliyinin Türkiyə Bürosunun 3 əməkdaşı, o cümlədən rəhbəri Mahir Boztepe Rusiya XİN başçısı Sergey Lavrovla Türkiyə xarici siyasət idarəsinin rəhbəri Mövlud Çavuşoğlunun telefon danışığından sonra azad ediliblər.

Xəbər lenti
0