Bir gündə Yunanıstan sərhədini keçmək üçün 5 min cəhd edilib

© John Moore/Getty Images/AFPГосударственная граница, фото из архива
Государственная граница, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Suriyalı qaçqınlar Türkiyə-Yunanıstan sərhədinə hücumlarını davam etdirirlər. Artıq həbslər və yaralananlar var.

BAKI, 1 mart - Sputnik. Qanunsuz mühacirlər Türkiyədən Yunanıstana keçmək cəhdlərini davam etdirirlər. Gün ərzində təxminən 5,5 min belə cəhdin qarşısı alınıb.

Martın 1-də Yunanıstanda 60 mühacir həbs edilib və istintaq başlayıb.

İki gün ərzində isə təxminən 10 min cəhd qeydə alınıb və 73 nəfər həbs olunub.

Bu gün həmçinin sərhəddə baş vermiş toqquşma zamanı bir mühacir daşla yunan polis nəfərini yaralayıb. Polis xəstəxanaya çatdırılıb. 

Bir neçə gün əvvəl Türkiyə suriyalı qaçqınlar üçün Avropa İttifaqı ilə olan sərhədini açıb.

Xəbər lenti
0