CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusdan qorxanları rahatladacaq xəbər: əksəriyyəti ləğv olundu

© AFP 2024 / HAIDAR HAMDANIСитуация в связи с эпидемиологической обстановкой в Иране
Ситуация в связи с эпидемиологической обстановкой в Иране - Sputnik Azərbaycan
Abunə olmaq
Bu günə olan məlumata görə, Çində 79251 yoluxmuş insandan 2835-i dünyasını dəyişib. Bütün dünya üzrə ümumilikdə 51 ölkədə yoluxma faktı qeydə alınıb

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 fevral — Sputnik. "Koronavirus epidemiyasının geniş yayıldığı nəzərə alınaraq Dövlət Turizm Agentliyi ölkə vətəndaşlarına və turoperatorlara müraciət ünvanlayıb. Müraciətdə qeyd olunur ki, xaricə səfərləri planlaşdırarkən mümkün risklər nəzərə alınmalıdır. Tur operatorlara isə koronavirusla bağlı epidemioloji vəziyyət sabitləşənədək bəzi ölkələrə turist səfərlərinin təxirə salınması məsləhət görülür".

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Turizm Agentlikləri Assosiasiyasının mətbuat katibi Orxan Bədəlov bildirib. Onun sözlərinə görə, təmsil olunduğu Agentlik vətəndaşlara ehtiyac olmadığı təqdirdə Çin, İran və İtaliyaya səfər etməməyi məsləhət görür:

"Turizm agentliklərinin nümayəndələri deyirlər ki, koronavirusun yayılma arealının genişlənməsi turizm sektoruna mənfi təsir göstərib. Çin, İran, İtaliya və digər ölkələrdən gələn qrup səfərlərin əksəriyyəti ləğv edilib. Hər il Novruz bayramı ərəfəsində ölkəmizə xüsusən İrandan xeyli turist gəlir. Hazırda isə həmin ölkədən rezerv edilən qrup səfərləri də təxirə salınıb".

Qeyd edək ki, fevralın 28-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib. 

A laborant at the State Health Authorities of Baden-Wuerttemberg works on a test sample of a  suspected case of the 2019 Novel Coronavirus (2019-nCoV)  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Qərargahdan koronavirus açıqlaması: dəqiq məlumat vermək çətindir
Operativ qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir.

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.

ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.

Yeni növ koronavirusun yaratdığı xəstəlik hazırda "COVID-19" ("CO" – korona, "VI" – virus, "D" – xəstəlik (ingiliscə – disease), "19" – yaranma ili) adlanır.

Bu günə olan məlumata görə, Çində 79251 yoluxmuş insandan 2835-i dünyasını dəyişib. Bütün dünya üzrə ümumilikdə 51 ölkədə yoluxma faktı qeydə alınıb. Çindən kənarda 4691 nəfər koronavirusa yoluxub, 67 adam virusun törətdiyi "COVID-19" xəstəliyindən dünyasını dəyişib.

Xəbər lenti
0