CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İrandan gələnləri bu dəfə həbs elədilər

© The State Customs Committee of ARAstara gömrük postunda saxlanılan yük avtomobilində 933 kiloqramdan artıq heroin aşkar edilib
Astara gömrük postunda saxlanılan yük avtomobilində 933 kiloqramdan artıq heroin aşkar edilib - Sputnik Azərbaycan
Abunə olmaq
Əməliyyat tədbiri zamanı Azərbaycan Respublikasının vətəndaşı Quliyev Elnur Baloğlan oğlu narkotik vasitələrin alqı-satqısını həyata keçirmək üçün "Lada" markalı, 10-SX-776 qeydiyyat nişanlı minik avtomobili ilə həmin yerə gəlib

BAKI, 29 fevral — Sputnik. Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə qabaqcadan əlbir olan bir qrup şəxsin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirdiyi külli miqdarda narkotik vasitələrin ölkə ərazisində realizə ediləcəyi barədə məlumat daxil olub.

Sputnik Azərbaycan DGK-ya istinadən xəbər verir ki, həmin məlumat əsasında, Bakı şəhəri, Binəqədi rayonu, Məmməd Səid Ordubadi küçəsində yerləşən otelin qarşısında Dövlət Gömrük Komitəsi və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları birgə əməliyyat tədbiri keçirib.

Əməliyyat tədbiri zamanı Azərbaycan Respublikasının vətəndaşı Quliyev Elnur Baloğlan oğlu narkotik vasitələrin alqı-satqısını həyata keçirmək üçün "Lada" markalı, 10-SX-776 qeydiyyat nişanlı minik avtomobili ilə həmin yerə gəlib.

O, özü ilə gətirdiyi sellofan torbanın içərisindəki 1 bağlamada 183 qram heroini, 2 bağlamada isə ümumilikdə1960 qram tiryəki şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb.

Vətəndaşın üzərində şəxsi axtarış zamanı isə gödəkcəsinin cibində 1 bükümdə 16,4 qram heroin, 2 bükümdə isə ümumilikdə 12,5 qram tiryək aşkar edilib.

İstintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, Quliyev Elnur Baloğlan oğlu bu il fevralın əvvəllərində külli miqdarda narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmək barədə İran İslam Respublikasında istintaqla müəyyən edilməmiş şəxslə telefon vasitəsilə, ölkə ərazisində isə tanışı Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəhrad Xaliq oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib.

Quliyev Elnur Baloğlan oğlu və Abbasov Fəhrad Xaliq oğlu törətdikləri əməlləri etiraf edib və onlar şübhəli şəxs qismində tutulublar.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilən həmin şəxslərə müvafiq maddələrlə ittiham elan edilib və barələrində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarlarına əsasən, həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayətkar qrupun digər üzvlərinin məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq-əməliyyat axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti
0