BAKI, 29 fevral — Sputnik. İran İslam Respublikasından qayıdan iki Azərbaycan vətəndaşında koronavirus xəstəliyinin əlamətləri müşahidə edilib.
Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr nəticəsində onlarda koronavirusa yoluxma faktı qeydə alınıb. Onlardan 17.06.1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşı 26.02.20 tarixinde xestexanaya daxil olub. O, 1 gün Tehranda olub, 3 gün Təbrizdə. 29.04.1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı da fevralın 26-da xəstəxanaya daxil olub, o, Qum şəhərindən gəlib.
Hazırda pasiyentlərin müalicəsi aparılır, onların vəziyyəti sabitdir. Digər yoluxma hallarının aşkarlanması ilə bağlı həmin xəstələrin kontaktlarının müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür.