BAKI, 29 fevral — Sputnik. “Azərbaycan Dəmir Yolları” QSC-də koronavirus təhlükəsi ilə əlaqədar qərargah yaradılıb
Qurumun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-nin və tabeçiliyində olan qurumların rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.
Bununla yanaşı, Bakı Dəmiryolu Vağzalının qaynar xətti fəaliyyətə başlayıb: +994 12 499 61 11.