ABŞ Türkiyə üzərindən Suriya neftini satır – Nazir

© AP Photo / Hussein MallaНефтяная вышка в Сирии, фото из архива
Нефтяная вышка в Сирии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bizim düşmənimiz – Birləşmiş Ştatlardır, onlar nefti Türkiyəyə və digər ölkələrə satırlar. Onlar nefti Türkiyə və digər ölkələr üzərindən satırlar"

BAKI, 29 fevral — Sputnik. Birləşmiş Ştatlar Türkiyə vasitəsilə Suriya yataqlarından olan nefti digər ölkələrə satır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Suriyanın daxili ticarət üzrə naziri Atef Nadaf bildirib.

"Bizim düşmənimiz – Birləşmiş Ştatlardır, onlar nefti Türkiyəyə və digər ölkələrə satırlar. Onlar nefti Türkiyə və digər ölkələr üzərindən satırlar. Neftin olduğu digər Suriya regionlarında infrastruktur, dəmir yolları və elektrik stansiyaları tamamilə dağıdılıb. Bizim elektrik enerjimiz yoxdur, əgər elektrik enerjisi yoxdursa, onda yerli istehsal da yoxdur", - deyə Atef Nadaf qeyd edib.

Xəbər lenti
0