BAKI, 29 fevral — Sputnik. Pakistanda qatarın avtobusla toqquşması nəticəsində 20 nəfər ölüb, 23 nəfər yaralanıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Sind Aveys vilayətinin Nəqliyyat naziri Kadir Şah bildirib.
O vurğulayıb ki, 19 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada ölüb. Nazir əlavə edib ki, yaralılardan 18-nin vəziyyəti ağırdır.