BAKI, 28 fevral — Sputnik. İdlibdə Suriya ordusunun aviazərbələri nəticəsində Türkiyə Silahlı Qüvvələrinin doqquz əsgəri həlak olub.
Sputnik Azərbaycan Anadolu-ya istinadən bildirir ki, bunu Hatay valisi Rahmi Doğan deyib.
R.Doğan Türkiyə FHN-in (AFAD) Hataydakı idarəsində jurnalistlərə açıqlama verib.
"İdlibdə rejim qüvvələri TSQ bölmələrinə aviazərbələr endirib. Hücum nəticəsində 9 əsgərimiz şəhid olub. Yaralılarımız var, bəzilərinin vəziyyəti ağırdır. Onları Cilvegözü sərhəd məntəqəsindən Türkiyəyə gətirdik. Müalicələri davam edir. Şəhidlərimizə allah rəhmət eləsin! Yaralıların durumu barədə açıqlama verəcəyik", - deyə R.Doğan bildirib.
Vali xəstəxanalarda yaralılar üçün kifayət qədər qan olduğunu qeyd edərək, insanlardan xəstəxanaların ətrafında toplaşmamağı xahiş edib.