CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnqilabi sayıla biləcək qərar verilib – Gələcəyimizi məhv edənlərin bazarı bağlanır

CC0 / amsw photography / baby foodUşaq qidası, arxiv şəkli
Uşaq qidası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Pediatrlarla süni qida distribüterlərinin işbirliyi süni qidaların qiymətinin bahalaşmasına da səbəb olur. Bu problemin həll edilməsi üçün pediatrlarla süni qida distribüterlərinin əlaqəsi kəsilməlidir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 28 fevral — Sputnik. Nazirlər Kabineti körpələr və erkən yaşlı uşaqlar üçün qida və ekoloji təmiz qida məhsulları istehsalı və satışının tənzimlənməsini nəzərdə tutan qərara aydınlıq gətirib.

Мясо, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Qida "möcüzəsi" - boşqabımızdakı mal əti keçmiş həyatında at, donuz, toyuq olub

Qərarda nəzərdə tutulmuş "Körpələrin və erkən yaşlı uşaqların qidalanması” və "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanunlarında edilmiş dəyişikliklər Azərbaycanda süni qida ilə bağlı istehsal, satış və idxal standartlarını müəyyənləşdirdiyi üçün həm iqtisadi, həm də qida təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda, qərar Azərbaycanda süni qidanın istehsalı, idxalı və satışı ilə məşğul olan şirkətlərin fəaliyyətini beynəlxalq standartlara uyğun olaraq tənzimləyən normativ-texniki və hüquqi aspektləri müəyyənləşdirəcək. Belə ki, bundan sonra qərarla müəyyənləşdirilmiş standartlara uyğun sertifikatı olmayan şirkətlərin süni qida məhsullarını istehsal etməsi, hər hansı şirkət tərəfindən satışı və idxalı qadağan edilir.

Ölkəyə gətirilən qida əlavələrində nöqsanlar aşkarlandı – Diqqətli olun

Həmçinin qərara görə, sağlamlıq sertifikatı olmadan körpələr üçün nəzərdə tutulmuş süni qidalar həmçinin reklam oluna bilməz. Sağlamlıq sertifikatına süni qidanı istehsal və idxal edən şirkətin haqqında bütün zəruri məlumatlar daxil edilməlidir.

Eləcə də qərara görə, körpələr üçün nəzərdə tutulan süni qida məhsulları üzərində tam nəzarət formalaşdırılması və bu istiqamətdə qida təhlükəsizliyi təmin edilməsi nəzərdə tutulub.

Azərbaycanda uşaq qidalarının satışı nə yerdədir və qərarın verilməsi hansı zərurətdən irəli gəlir?

"Azad İstehsalçılar" Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkədə erkən yaşlı körpələrin qidalanmasına dair qanun qəbul edilib. Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatının məsləhətlərinin yer aldığı kitablar var: "Bu kitablarda və qanunda körpə qidalarının distribüterləri, satışı, marketinqi və reklamı barədə məhdudiyyətlər qeyd edilib. Burada əsas məhdudiyyətlərdən biri pediatrların körpə qidaları distribüterləri ilə əlbir olmaması məsələsidir".

E.Hüseynov qeyd edib ki, körpə qidalarının reklamında, təşviqində "Körpələrinizi ana südü ilə qidalandırın" kimi çağırışlar olmalıdır. Onun sözlərinə görə, təəssüflər olsun ki, "Azad İstehlakçılar Birliyi" ölkədə ana südü ilə qidalandırmanın lobbiçiliyini aparsa da, Azərbaycan ana südü ilə qidalandırmada geridə qalan ölkələrdəndir: "Ölkədə ana südü ilə qidalandırma 45 faizdən yuxarı deyil. Bizə edilən müraciətlər bir daha sübut edir ki, analar doğum evindən çıxan kimi onlara zəng edilir və körpə qidaları tövsiyə edilir. Bu ölkədə yaşanan ciddi problemdir".

Газовая конфорка, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Daxili tələb, ixrac və ərzaq təhlükəsizliyi: Hər şey bir nöqtədə cəmləşib

E.Hüseynov bildirib ki, ölkədə körpə qidası istehsal edən müəssisələr yoxdur.

Onun sözlərinə görə, süni qidalar Azərbaycanda çox yayılıb və harada gəldi satılır. Əslində süni qidalar 20 C-dən aşağı temperaturda saxlanılmalıdır. Ancaq çox zaman yay aylarında belə qidaların yüksək temperaturda saxlanıldığını görürük.

"Bizdə olan məlumata görə, Azərbaycanda tövsiyələrə uyğun olaraq körpə doğulan kimi ananın sinəsinə qoyulmur, avtomatik olaraq anadan ayrılır və süni qida ilə qidalandırılır. Bu zaman ananın südü çəkilir. Beynəlxalq tövsiyələrə görə isə ananın gözünə süni qidanın etiketi görünəndə belə onun südü çəkilir", – deyə ekspert bildirir.

Nəsib Quliyevdən xəbərdarlıq: Bu simptomlar olan uşaqları məktəbə buraxmayın

O hesab edir ki, pediatrlarla süni qida distribüterlərinin işbirliyi süni qidaların qiymətinin bahalaşmasına da səbəb olur. Bu problemin həll edilməsi üçün pediatrlarla süni qida distribüterlərinin əlaqəsi kəsilməlidir.

"Biz illərdir bu məsələ üzərində çalışırıq. Amma bu o qədər asan məsələ deyil. Çünki onlar gizli fəaliyyət göstərirlər", – deyə Hüseynov xatırladıb.

Pediatr Günay Rəsulova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, uşaq dünyaya gələn andan ana südü ilə qidalanmalıdır: "Çox nadir istisna hallar var ki, bundan başqa bütün uşaqlar ana südü ilə qidalandırılmalıdır. Bəzən elə uşaqlar olur ki, onlar əmə bilmirlər. Biz sağıb verməyi tövsiyə edirik. Bəzən isə ilk saatlarda süd çatışmazlığı olur ki, bu zaman donor südü məsləhət görülür. Donor südü olmadıqda isə məcbur süni qida verilir".

Onun sözlərinə görə, süni qidalar dünyanın bütün doğum evlərində var.

“Bu qidalar olmalıdır. Onlarsız mümkün deyil. Çünki hər zaman ana südü, donor südü ilə qidalanma mümkün olmaya bilər. Bu səbəbdən də körpələrin ac qalmaması üçün süni qidalar olmalıdır. Lakin uşaq evə göndərilərkən süni qida təyin edilməməlidir. Doğum evində istifadə edilən süni qidanın adı məxfi saxlanılmalıdır. Ad verilməməlidir", – deyə o qeyd edib.

Pediatr hesab edir ki, analar süni uşaq qidasının adını bildiyi zaman evə gedəndə uşaq hər ağlayan kimi ona süni qida verilir: "Adətən şüşədən qidalanan uşaq sonradan ana südü əmmir. Yaxud da analar öz südünün yetərsiz olduğunu düşünür. Uşağı döşə tutmur, laktasiya davam etmir və süd kəsilir. Ancaq süni qida olmasa, ana uşağını yedirməyə cəhd etsə, ən azından hər bir ana ilk 6 ayda öz uşağını ana südü ilə qidalandıra bilər".

Xəbər lenti
0