CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İranda koronavirus qurbanlarının sayı artmaqdadır

© AP Photo / Ebrahim NorooziСитуация в связи с эпидемиологической обстановкой в Иране
Ситуация в связи с эпидемиологической обстановкой в Иране - Sputnik Azərbaycan
Abunə olmaq
İran koronavirusun qarşısını almaq üçün müvəqqəti olaraq məktəbləri, universitetləri və digər təhsil ocaqlarını bağlayıb, eləcə də konsertlər və idman yarışları kimi bütün ictimai tədbirləri ləğv edib.

BAKI, 28 fevral — Sputnik. İran İslam Respublikası Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kianuş Cahanpur 34 iranlının koronavirusdan dünyasını dəyişdiyini bildirib. Sputnik Azərbaycan xəbər verir ki, məlumatı "IRNA" agentliyi yayıb.

O, həmçinin 388 nəfərin virusa yoluxduğunu bildirib.

Cahanpurun sözlərinə görə, ölənlərin orta yaşı 60-dan çoxdur.

İran koronavirusun qarşısını almaq üçün müvəqqəti olaraq məktəbləri, universitetləri və digər təhsil ocaqlarını bağlayıb, eləcə də konsertlər və idman yarışları kimi bütün ictimai tədbirləri ləğv edib.

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.

ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.

Yeni növ koronavirusun yaratdığı xəstəlik hazırda "COVID-19" ("CO" – korona, "VI" – virus, "D" – xəstəlik (ingiliscə – disease), "19" – yaranma ili) adlanır.

Xəbər lenti
0