BAKI, 28 fevral — Sputnik. Dünya birjalarında neftin qiyməti getdikcə ucuzlaşmaqda davam edir.
Sputnik Azərbaycan xəbər verir ki, "Brent" markalı neftin bir barelinin qiyməti 1,33 dollar geriləyərək 50,85 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 1,49 dollar ucuzlaşaraq 45,60 dollar olub.
Azərbaycan neftinin qiyməti də ucuzlaşıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,73 dollar ucuzlaşaraq 53,67 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Onu da bildirək ki, 2020-ci ildə Azərbaycanın dövlət və icmal büdcəsində neftin 1 barelinin qiyməti 55 ABŞ dolları nəzərdə tutulub.