CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rövşən Rzayev: “Məcburi köçkün ailələrini doğma kəndlərinə köçürəcəyik”

© Photo : REPORTRövşən Rzayev
Rövşən Rzayev - Sputnik Azərbaycan
Abunə olmaq
Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyir ki, məqsəd ilk növbədə ən ağır şəraitdə olan ailələrin köçürülməsinə nail olmaqdır
Rövşən Rzayev: “Tikintilərin vaxtında tamamlanmasında maraqlıyıq”

“Abşeron ərazisində Stansiya Sumqayıt adlanan yerdə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən tikinti işləri davam edir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ilin sonuna qədər tapşırıqların yerinə yetirilməsinə çalışılacaq: “Cənab Prezident 7 000-dən çox ailə üçün nəzərdə tutulmuş qəsəbənin salınması göstərişi verib. Hazırda tikinti davam edir. Biz də maraqlıyıq ki, mənzilləri vaxtında və keyfiyyətli tamamlayaq. Məqsədimiz ilk növbədə ən ağır şəraitdə olan ailələrin köçürülməsinə nail olmaqdır. Bunlar hamısı mərhələli şəkildə olacaq. Samuxda yeni qəsəbənin salınması da gözlənilir. 50 mənzildən ibarət bir binamız Ağdamda nəzərdə tutulur. 45 ailəlik bina Lənkəranda, 30 fərdi ev Füzuli rayonunda, işğaldan azad olunan zonada tikilir. Bu binaları tamamlayandan sonra Bakıda məskunlaşan 30 ailəni Füzuliyə, öz doğma kəndlərinə köçürəcəyik”.

Rövşən Rzayevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0