Xain hücum: İdlibdə ölən türk hərbçilərin sayı 33-ə çatdı

© AFP 2024 / YASIN AKGULTürk şəhid
Türk şəhid - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Silahlı Qüvvələri İdlib vilayətində hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar havadan və qurudan həyata keçirilir.

BAKI, 28 fevral — Sputnik. Suriya rejimi tərəfindən İdlibdə Türk Silahlı Qüvvələrinə qarşı törədilmiş hava hücumu nəticəsində şəhid olan türk əsgərlərinin sayı 33-ə çatıb.

Sputnik Azərbaycan Anadolu agentliyinə xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan məlumat verib.

Məlumata əsasən hazırda yaralı olan hərbçilər intensiv müalicə alır və onlar üçün həyatı təhlükə yoxdur.

Bu hücumdan sonra Türkiyə Silahlı Qüvvələri İdlib vilayətində hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar havadan və qurudan həyata keçirilir.

Xəbər lenti
0