CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rusiyaya gedənlər, burada haqqınızda xüsusi məlumat yığan var

© Depositphotos.com / Photographee.euВор во время проникновения в чужой дом
Вор во время проникновения в чужой дом - Sputnik Azərbaycan
Abunə olmaq
Samux rayon sakini, 40 yaşlı Elfaq Süleymanov rayonun Şiştəpə və Aşağı Seyfəli kəndlərindəki evləri dekabrdan fevraladək "nəzarətində" saxlayıb

BAKI, 28 fevral — Sputnik. Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayında və cari ilin fevral ayında rayon ərazisində 10 fərdi yaşayış evindən oğurluq edən şəxs saxlanılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, aparılan araşdırmalarla müəyyən edilib ki, əvvəllər məhkum olunmuş, Samux rayon sakini, 40 yaşlı Elfaq Süleymanov rayonun Şiştəpə və Aşağı Seyfəli kəndlərindəki evlərə gizli yolla daxil olaraq oradan qızıl zinət əşyaları və müxtəlif məişət əşyaları oğurlayıb. Saxlanılan şəxs ifadəsində həmin kəndlərin sakinlərinin Rusiya Federasiyasında olduqlarını bildiyini və ona görə oğurluq üçün həmin kəndləri seçdiyini bildirib. Oğurlanan əşyaların bir qismi maddi sübut kimi istintaqa təqdim edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti
0