Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Başqa bir epidemiyanı sanki görmürük - ətrafımızda dörd adamdan biri xəstədir

© AP Photo / Rogelio V. SolisArtıq çəkidən əziyyət çəkən adam, arxiv şəkli
Artıq çəkidən əziyyət çəkən adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bütün dünyada iki milyarddan çox insan piylənmədən əziyyət çəkir. Eyni zamanda xəstələnmə faktları 1975-ci ildən etibarən 3 dəfə, uşaq və yeniyetmələrdə isə 10 dəfə artıb

BAKI, 28 fevral — Sputnik. Kanadanın Konkordiya Universitetinin alimləri aşkar ediblər ki, piylənmə vaxtından tez qocalmanın formasıdır və insanın ömrünü gödəldir.

Sputnik Azərbaycan bildirir ki, piylənmə epidemiyası barədə məqaləni Science Alert dərc edib.

Mütəxəssislər piylənmənin orqanizmə molekulyar və hüceyrə səviyyəsində, eləcə də immun sisteminə, koqnitiv və digər funksiyalara təsirinə həsr olunmuş 200-dən çox elmi işi araşdırıblar. Məlum olub ki, artıq çəki insanlarda qocalma ilə əlaqəli xroniki xəstəliklərin erkən yaşlarda yaranmasına səbəb olur. Alimlər hesab edirlər ki, piylənmə nəinki qocalmanı tezləşdirir, o, həmçinin qocalmanın bir formasıdır, çünki hər iki halda eyni bioloji mexanizmlər işə düşür.

Piylənmə mitoxondrilərin vaxtından əvvəl disfunksiyasına, sistem iltihabına, immun sisteminin zəifləməsinə yol açır.

Mütəxəssislər hesablayıblar ki, bütün dünyada iki milyarddan çox insan piylənmədən əziyyət çəkir. Eyni zamanda xəstələnmə faktları 1975-ci ildən etibarən 3 dəfə, uşaq və yeniyetmələrdə isə 10 dəfə artıb.

Xəbər lenti
0