Ötən il Azərbaycanda baş verən fəlakətlərin statistikası böyüyüb. Belə ki, 2019-cu il ərzində ölkədə 16,571 min təbii və texnogen hadisə baş verib ki, bu da 2018-ci illə müqayisədə 1,107 min, yaxud 7% çoxdur. Nəticədə 70 nəfər ölüb, 338 nəfər isə yaralanıb.
AR Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hesabat dövründə baş vermiş texnogen qəzalar zamanı 63 nəfəri xilas edib, 1,228 nəfəri isə evakuasiya edib.
AR FHN il ərzində 172 təbii fəlakəti qeydə alıb. Nazirliyin hesabatına görə, keçən il təbii fəlakətlərin sayı əvvəlki illə müqayisədə 11% artıb.
Ötən il ölkəmizdə baş verən texnogen qəzalar və təbii fəlakətlərlə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.