NATO-dan İdlib olayı bağlı dəstək açıqlaması gəldi

© REUTERS / JOSHUA ROBERTSYens Stoltenberq
Yens Stoltenberq - Sputnik Azərbaycan
Abunə olmaq
Stoltenberq: "Bu təhlükəli vəziyyət aradan qaldırılmalı və 2018-ci ildəki atəşkəs rejiminə geri dönülməlidir"

BAKI, 28 fevral — Sputnik. NATO müttəfiqləri İdlibdəki hücumlar nəticəsində türk əsgərlərinin həlak olması ilə bağlı başsağlığı verir və Türkiyə ilə tam həmrəy olduğunu ifadə edir. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq NATO Şurasının Suriyadakı vəziyyətlə bağlı keçirilən fövqəladə iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

"Müttəfiqlər, Suriya rejimi və Rusiyanın İdlib regionunda davam etdirdiyi hücumları qınayır və hücumları dayandırmağa, beynəlxalq hüquqa hörmət etməyə və BMT-nin sülhün əldə olunması istiqamətində səylərini dəstəkləməyə çağırırıq. Bu təhlükəli vəziyyət aradan qaldırılmalı və 2018-ci ildəki atəşkəs rejiminə geri dönülməlidir", - deyə Stoltenberq qeyd edib.

Xəbər lenti
0