CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş infeksionist: "Bu hallar aşkar edildikdə uşaqları məktəbə qoymayın"

© AR Ministry of EducationВ одной из школ, фото из архива
В одной из школ, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hələlik xəstəlik elə yayılmayıb ki, məktəblərin bağlanmasına ehtiyac olsun. Xəstəlik yayılarsa, ərazisi genişlənərsə, bu zaman məktəblər bağlana bilər

BAKI, 28 fevral — Sputnik. "Məktəblərdə və bağçalarda tədbirlər görülür. Orada mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Valideynlərə demək istəyirəm ki, nəinki koronavirus olduqda, adi respirator virus olduqda belə övladlarını məktəbə qoymasınlar". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycanın baş infeksionisti Cəlal İsayev bu gün koronavirusla bağlı Nazirlər Kabineti Yanında Operativ Qərargahın üzlərinin birgə keçirdiyi brifinqində deyib.

"Eyni qaydalara iş yerlərində də əməl edilməsi vacibdir. Hələlik xəstəlik elə yayılmayıb ki, məktəblərin bağlanmasına ehtiyac olsun. Xəstəlik yayılarsa, ərazisi genişlənərsə, bu zaman məktəblər bağlana bilər", - deyə o əlavə edib.

Xəbər lenti
0