BAKI, 28 fevral — Sputnik. Bu gün Azərbaycanda 224 nəfər koronavirus şübhəsi ilə karantin şəraitində saxlanılır.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında operativ qərargahının koronavirusla bağlı keçirdiyi brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, onlardan 12-si İran, biri İtaliya, 7-si isə digər ölkə vətəndaşlarıdır. Y.Qarayeva bildirib ki, hazırda onların müayinəsinin cavabları gözlənilir.