BAKI, 27 fevral — Sputnik. Suriyaya məxsus təyyarələr İdlibdə Türkiyə hərbçilərinin mövqeyinə zərbə endirib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində deyilir.
Məlumatda deyilir: "İdlib regionunda hərbçilərimizin mövqeyin endirilən hava zərbəsi nəticəsində 2 hərbçimiz şəhid olub, 2-si isə yaralanıb".
Bundan sonra Türkiyə ordusu hərbçilərinin öldürülməsinə cavab olaraq Suriyanın hökumət ordusunun mövqelərinə zərbələr endirib. Milli Müdafiə Nazirliyinin məlumatına görə, zərbələr nəticəsində 114 Suriya hərbçisi öldürülüb, 1 zenit-raket kompleksi, 3 tank və bir sıra texnika məhv edilib, 3 tank ələ keçirilib.