BAKI, 27 fevral — Sputnik. Suriyanın İdlib vilayətində vəziyyət Ankaranın xeyrinə dəyişir. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Bizim üç şəhidimiz var, lakin Suriya rejiminin itkiləri daha çoxdur. Bizim orada mübarizəmiz davam edir. Rusiya ilə danışıqlar davam edir", - deyə Ərdoğan vurğulayıb.
O, həmçinin qeyd edib ki, yüz minlərlə vətəndaşını öldürən Əsədi dost gözündə görmək mümkün deyil.
Daha əvvəl Kremlin rəsmi təmsilçisi Dmitri Peskov Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın martın 5-i İstanbulda görüşünə dair məlumatları təkzib edib.