CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Otellərə ulduzların verilməsi qaydaları açıqlandı

© AFP 2023 / KARIM SAHIBСотрудник открывает дверь комнаты в отеле
Сотрудник открывает дверь комнаты в отеле - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Otel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam bildirib ki, ulduzlaşma ilə bağlı müraciətlərin qəbuluna cari ilin may ayından etibarən başlanılacaq

BAKI, 27 fevral — Sputnik. Bu gün Milli Ulduz Təsnifatı Sistemi barəsində təlim keçirilərək Azərbaycan Otel Assosiasiyası tərəfindən otellərə ulduzların verilməsi prosedurları açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, təlim zamanı iştirakçılar ulduzlaşma qaydaları, tətbiq olunma metodu, lazımi sənədlər və minimum meyarlarla bağlı məlumatlandırılıblar.

Eyni zamanda, təlimdə yeni ulduz təsnifatı sisteminin, xüsusilə Azərbaycan otelçilik sənayesi və turizmi üçün əhəmiyyətindən və üstünlüklərindən bəhs edilib. Azərbaycan Otel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam bildirib ki, ulduzlaşma ilə bağlı müraciətlərin qəbuluna cari ilin may ayından etibarən başlanılacaq. O, həmçinin dünyanın su, sanitariya və enerji texnologiyaları üzrə ixtisaslaşmış qlobal şirkəti olan "Ecolab"ın Azərbaycan üzrə nümayəndəliyi "Ecober" tərəfindən otellərdə gigiyena və təmizlik standartları, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən təhlükəsizlik standartlarının əhəmiyyəti barədə məlumat verib. G.Sağlam deyib ki, bu növ təlimlər ilk olaraq Bakıda, sonra isə regionlarda davamlı olaraq təşkil olunacaq.

Həmçinin Milli Ulduz Təsnifat Sisteminin icrasının Azərbaycan Turizm Bürosu və Azərbaycan Otel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən həyata keçiriləcəyi qeyd olunub. Xatırladaq ki, ötən ilin dekabrında Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən otellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi akkreditasiya attestatı verilib. Milli Ulduz Təsnifat Sistemi otelçilik sahəsində ixtisaslaşmış təşkilat kimi Azərbaycan Otel Assosiasiyası tərəfindən Avropa Mehmanxanalar Assosiasiyasının - "Hotelstars Union"-un təsnifat meyarları əsasında hazırlanıb.

Azərbaycan Otel Assosiasiyası Avropa Mehmanxanalar Assosiasiyasının - "Hotelstars Union"un və Avropa Otellər, Restoranlar və Kafelər Assosiasiyasının ("HOTREC") müşahidəçi üzvüdür.

Xəbər lenti
0