Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İkinci cəhddə alındı: Emin amerikalıların ürəyini fəth edib

© © Courtesy of Emin AgalarovНародный артист Азербайджана Эмин Агаларов
Народный артист Азербайджана Эмин Агаларов - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Emin Ağalarovun siyasi səbəblərdən dəfələrlə təxirə düşən ABŞ-a konsert turu uğurlu keçib və o, pərəstişkarlarına mütləq qayıdacağına söz verib

BAKI, 27 fevral — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın Xalq artisti Emin Ağalarov əvvəllər müxtəlif səbəblərdən təxirə düşən Amerikaya konsert turunu uğurla başa vurub.

Bu barədə Sputnik Azərbaycan-a müğənninin mətbuat xidmətindən məlumat verilib.

Emin bir neçə günlük tur çərçivəsində Mayami, Nyu-York, Toronto, Los-Anceles, Kanada və Atlantada çıxış edib. Onun hər bir çıxışı anşlaqla keçib.

"Hətta inanmıram ki, bizim tur başa çatıb. Biz mütləq qayıdacağıq! Bütün tamaşaçılarımıza təşəkkür edirik!" - deyə Ağalarov amerikalı pərəstişkarlarına təşəkkür edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от eminofficial (@eminofficial)

Müğənni 2021-ci ildə yenidən ABŞ-a qastrol səfərinə getmək niyyətindədir. Bu dəfə isə artıq yeni konsert proqramı ilə çıxış edəcək.

Mart ayında Emin Minsk, Özbəkistan, Krasnodar, Moskva, Soçi və Rusiyanın digər şəhərlərində çıxış etməyi planlaşdırır.

Посмотреть эту публикацию в Instagram

Публикация от eminofficial (@eminofficial)

Xatırladaq ki, Eminin ABŞ turunun indiyədək təxirə düşməsinin səbəbkarı xüsusi prokuror Robert Müllerin apardığı araşdırma olub. Müller Ağalarovu 9 iyun 2016-cı ildə "Trump Tower"də keçirilən görüşlə bağlı sorğuya çəkmək istəyib. Çünki Emin Ağalarov Donald Trampın oğlu ilə rusiyalı vəkil Nataliya Veselnitskayanın görüşünü təşkil edib. Bu görüş Trampın seçkiqabağı kampaniyasının qızğın vaxtında baş tutub. ABŞ siyasi dairələri və xüsusi xidmətləri hesab edir ki, seçkilərə Trampın xeyrinə Rusiya tərəfindən kibermüdaxilə edilib, həmin müdaxilədə sözügedən görüşün və Emin Ağalarovun rəfiqəsi Nataliya Veselnitskayanın rolu olub.

Emin Ağalarov peşəkar musiqi karyerasına 2006-cı ildə başlayıb. Həmin ildə onun "STILL" adlı birinci albomu çıxıb. Rusiyada bu diskin 70 000, MDB ölkələrində isə 30 000 surəti satılıb. Debüt albomunun uğurundan sonrakı üç il ərzində Emin daha üç ingilisdilli disk buraxıb: "Incredible" (2007-ci il), "Obsession" (2008-ci il) və "Devotion" (2009-cu il). Onların hər biri Moskvada və Bakıda canlı konsertlərlə müşayiət olunub. Bundan sonra ayrı-ayrı illərdə onun müxtəlif albomları çıxıb. Albomlar dünyanın müxtəlif ölkələrində maraqla qarşılanıb.

Emin Ağalarov həmçinin 2016-cı ildən başlayaraq Bakıda keçirilən "Jara" Beynəlxalq Musiqi Festivalının təsisçilərindən biridir. Onun Rusiyanın Əməkdar artisti Qriqori Leps və "Russkoye radio"nun və "Zolotoy qrammofon" mükafatının əsasını qoyan Sergey Kojevnikovla birlikdə ərsəyə gətirdiyi bu layihədə Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, Amerika və digər ölkələrdən populyar estrada ulduzları çıxış edirlər.

Xəbər lenti
0