BAKI, 27 fevral — Sputnik. Dünyaca məşhur müğənni Britni Spirsin ayağı sınıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə müğənni özünün "Instagram" sosial şəbəkəsində video paylaşıb. 38 yaşlı müğəninin ayağının sınması anı, bu zaman sınıq səsi də kadra düşüb. Eyni zamanda həm rəqs, həm də idman edən müğənni kadrın sonunda ayağı sınaraq yerə yıxılır. Bununla bağlı olaraq isə müğənni belə yazır: "Təxminən 6 ay idi ki, rəqs etmirdim. Düzdür, ayağım çılpaq şəkildə rəqs edirdim. Belə bir hadisənin baş verməsinə görə çox üzgünəm".
Посмотреть эту публикацию в Instagram
Qeyd edək ki, tanınmış müğənninin ayağı bu ayın əvvəlində də sınmışdı. Bu barədə isə onun yaxın dostlarından biri status paylaşmışdı.