https://sputnik.az/20200227/azerbaycanda-ov-qaydalarini-pozan-423264032.html
Azərbaycanlılara baxıb həvəsə gəldilər, ölkədən çıxarıldılar
Azərbaycanlılara baxıb həvəsə gəldilər, ölkədən çıxarıldılar
Sputnik Azərbaycan
"Ötən mövsümdə 200-ə yaxın Azərbaycan vətəndaşı ov qaydalarını pozub. Onlar ov silahından düzgün istifadə etmədikləri, qadağan olunmuş quş növlərini... 27.02.2020, Sputnik Azərbaycan
2020-02-27T22:24+0400
2020-02-27T22:24+0400
2021-11-16T22:51+0400
https://cdnn1.img.sputnik.az/img/41739/78/417397861_0:0:4000:2251_1920x0_80_0_0_b743290245f2d87f8e24182d41dacfda.jpg
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2020
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41739/78/417397861_451:0:4000:2662_1920x0_80_0_0_3872139715b6201ebe5906b750f8fdcf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, azərbaycan
Azərbaycanlılara baxıb həvəsə gəldilər, ölkədən çıxarıldılar
22:24 27.02.2020 (Yenilənib: 22:51 16.11.2021) "Ötən mövsümdə 200-ə yaxın Azərbaycan vətəndaşı ov qaydalarını pozub. Onlar ov silahından düzgün istifadə etmədikləri, qadağan olunmuş quş növlərini ovladıqları üçün saxlanılıblar" - Hikmət Əlizadə
BAKI, 27 fevral — Sputnik. Ötən ilin sonu və bu ilin əvvəlində elan olunan ov mövsümündə Azərbaycanda 18 əcnəbi ov qaydalarını pozub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament rəhbəri Hikmət Əlizadə deyib.
O bildirib ki, həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb: "Onlardan 10 nəfərin ov qaydalarını pozduğuna görə Azərbaycandan deportasiya edilməsi üçün müvafiq qurumlara müraciət etmişik. Əcnəbilərlə yanaşı, ov qaydalarını pozanlar arasında yerli vətəndaşlar da var. Ötən mövsümdə 200-ə yaxın Azərbaycan vətəndaşı ov qaydalarını pozub. Onlar ov silahından düzgün istifadə etmədikləri, qadağan olunmuş quş növlərini ovladıqları üçün saxlanılıblar. Onlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada 1000 manatdan 2000 manata qədər cərimə tətbiq edilib".