BAKI, 27 fevral — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularının 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilməsi haqqında" Sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün, təhlükəsizliyinin və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif ediliblər:
Cəbrayılov Asif Mikayıl oğlu – general-leytenant
Xəlilov Əsgər Sabir oğlu – general-leytenant
Tağı-zadə Fərhad Sabir oğlu – general-leytenant.
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında" sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılıblar:
general-leytenant Cəbrayılov Asif Mikayıl oğlu
general-leytenant Xəlilov Əsgər Sabir oğlu
general-leytenant Tağı-zadə Fərhad Sabir oğlu.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.