BAKI, 27 fevral — Sputnik. "Dövlət Turizm Agentliyi Çində yayılmış koronavirusun Azərbaycanın turizm sektoruna təsirini azaltmaq məqsədilə böhran ssenariləri hazırlayıb".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında agentliyin mətbuat katibi Kənan Quluzadə deyib: "Koronavirus təbii ki, turizm bazarımıza mənfi təsir edəcək. Amma bu təsirin hansı həcmdə olacağını demək çətindir. Bir müddət əvvəl İranda, dünən isə Gürcüstanda yoluxma halları aşkar olundu. Bütün bunları nəzərə almışıq və alternativ ssenarilərimiz var. Çin bazarı ilə bağlı da planımız var idi. Virus yayıldıqdan sonra artıq digər bazarlara diqqəti artırmağa başladıq".