CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət sirrini daha bir qurum qoruyacaq - RƏSMİ

© REUTERS / Joshua RobertsСотрудники в офисе, фото из архива
Сотрудники в офисе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Fərmanla Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın üzvləri sırasında daxil edilib.

BAKI, 27 fevral — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibində dəyişiklik edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanla Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Prezident yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın üzvləri sırasında daxil edilib.

Qeyd edək ki, hazırda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovdur.

Xəbər lenti
0