Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı müğənninin "Kometa"sı rus pərəstişkarlarını sarsıdıb

© Photo : © Instagram / jony.meАзербайджанский певец Джони (Джахид Гусейнли), фото из архива
Азербайджанский певец Джони (Джахид Гусейнли), фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Çarx müğənninin izləyiciləri, xüsusilə də qadın cinsindən olanlar tərəfindən böyük heyranlıqla qarşılanıb. Eyni zamanda klipin bədbəxt sonluqla bitməsi onları mütəəssir edib.

 

BAKI, 27 fevral — Sputnik, Kəmalə Əliyeva. Azərbaycan əsilli rusiyalı müğənni Coninin (Cahid Hüseynli) superpopulyar "Kometa" mahnısına çəkdirdiyi yeni klipi rusiyalı pərəstişkarlarının qəlbinə toxunub.

Sputnik Azərbaycan-ın məlumatına görə, çoxdandır hitə çevrilmiş bu mahnını Coni ekranlaşdırmaq qərarına gəlib. Klipin müəllifi qazaxıstanlı rejissor Jandos Tunqışbayev mahnıya qeyri-adi, romantik süjet fikirləşib.

Klipin ssenarisinə görə, Yerə doğru asteroid hərəkət edir. O, planetə yeddi gün üç saata çatacaq. Müğənni bütün bu müddəti sevdiyi qıza həsr etmək qərarına gəlir. Klipin sonunda asteroid Yerə çırpılır və onların hər ikisi ölür.

Bu çarx müğənninin izləyiciləri, xüsusilə də qadın cinsindən olanlar tərəfindən böyük heyranlıqla qarşılanıb. Eyni zamanda klipin bədbəxt sonluqla bitməsi onları mütəəssir edib.

Klip 2 gün ərzində "YouTube" sosial şəbəkəsində 1,2 milyonadək baxış toplayıb.

Coni dörd yaşı olanda valideynləri ilə birlikdə Azərbaycandan Moskvaya köçüb. Uşaqlıqdan məşhur olmaq onun ən böyük arzusu olub və nəhayət, bu arzunu reallaşdıra bilib. Coninin məşhurlaşmasında əsas rolu sosial şəbəkələr oynayıb. O, Bakıda ilk dəfə "Jara-2019" beynəlxalq musiqi festivalında çıxış edib.

Coni digər azərbaycanlı müğənni Elman Zeynalovun yaratdığı "Raava Music" leyblına daxildir. Müğənni 2019-cu ildə "VKontakte"nin versiyasına görə, "İlin sıçrayışı" adlandırılıb, onun "Alleya" (Xiyaban) sinqlı isə beşqat platin statusu alıb.

Xəbər lenti
0