SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ-da Ermənistan-Azərbaycan münaqişəsi müzakirə edilib

© © Courtesy of Consulate General of the Republic of Azerbaijan in Los AngelesABŞ-ın Milli Müdafiə Universiteti
ABŞ-ın Milli Müdafiə Universiteti - Sputnik Azərbaycan
Abunə olmaq
Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini regionda sülh və inkişafa mane olan əsas amil kimi dəyərləndirmiş və Ermənistanın sülhə əngəl yaradan siyasəti barədə dinləyicilərə ətraflı məlumat vermişdir

BAKI, 26 fevral — Sputnik. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ-ın Milli Müdafiə Universitetinin (National Defense University) dəvəti əsasında Universitetin Xarici və Təhlükəsizlik Məsələləri fakültəsində bu ölkənin dövlət qurumlarının nümayəndələri və silahlı qüvvələrin zabitləri qarşısında çıxış edib. Bu barədə Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.

Xocalı faciəsinin ildönümü ərəfəsində baş tutan çıxışında Elin Süleymanov bu faciənin Ermənistan-Azərbaycan münaqişəsində dönüş nöqtəsi olmasını qeyd edib, Xocalının Human Watches tərəfindən ən böyük qətliamlardan biri kimi qiymətləndirildiyini xatırladıb.

Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini regionda sülh və inkişafa mane olan əsas amil kimi dəyərləndirib və Ermənistanın sülhə əngəl yaradan siyasəti barədə dinləyicilərə ətraflı məlumat verib. Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazilərinin işğal olunduğunu, xalqımızın etnik təmizlənməyə məruz qaldığını qeyd edən səfir, bu siyasətin Ermənistanın öz inkişafına da əngəl törətdiyini dilə gətirib.

© © Courtesy of Consulate General of the Republic of Azerbaijan in Los AngelesABŞ-ın Milli Müdafiə Universitetində Ermənistan Azərbaycan münaqişəsinin müzakirəsi
ABŞ-da Ermənistan-Azərbaycan münaqişəsi müzakirə edilib - Sputnik Azərbaycan
ABŞ-ın Milli Müdafiə Universitetində Ermənistan Azərbaycan münaqişəsinin müzakirəsi

Elin Süleymanov ölkəmizin və regionumuzun coğrafiyasından məlumat verərək, Azərbaycanın böyük geosiyasi əhəmiyyətə malik ölkə və dünya əhəmiyyətli strateji mərkəz olmasından bəhs edib. Azərbaycandakı xalqlar və dinlər arasında anlaşma mühitinin, Azərbaycan ərazisində uzun əsrlər boyu müsəlman və yəhudi icmalarının sülh şəraitində yaşamasına diqqət yönəldib. Azərbaycanda tarixən müxtəlif dini və etnik qrupların dinc şəkildə birgə yaşadığının bu gün də dünyada təqdir edildiyi vurğulanıb.

Daha sonra, Azərbaycanın uğurlu enerji strategiyası, neft və qaz ehtiyatları, ölkəmizin təşəbbüsü və aparıcı rolu əsasında icra olunan layihələr barədə məlumat verilib, bu layihələrin hətta qlobal miqyasda enerji təhlükəsizliyi baxımından əhəmiyyət kəsb etdiyi bildirilib. Səfir həmçinin vurğulayıb ki, Bakı nefti tarix boyu dünya miqyasında sülhə töhfə verməsi ilə də xüsusi seçilib. Buna misal olaraq, Nobel qardaşlarının əsrin əvvəllərində Azərbaycan neft sənayesində fəaliyyətinin Nobel Mükafatının təsis edilməsinə verdiyi töhfə və İkinci Dünya Müharibəsi zamanı faşizm üzərində qələbədə Bakı neftinin rolu qeyd olunub.

Çıxışı zamanı səfir "Əsrin Müqaviləsi", Bakı-Tiflis-Ceyhan neft kəməri, eləcə də Cənub Qaz Dəhlizinin barəsində iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, sözügedən enerji layihələrinin icrası ilə qurulan uzunmüddətli və möhkəm əsaslara malik tərəfdaşlıq əlaqələri hazırda Azərbaycanın etibarlı və ciddi tərəfdaş kimi tanınmasına imkan yaradıb, sözügedən işlər nəticəsində Qərbin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayıb.

© Photo : Courtesy of Consulate General of the Republic of Azerbaijan in Los AngelesABŞ-ın Milli Müdafiə Universitetində Azərbaycanın və Birləşmiş Ştatların bayraqları
ABŞ-da Ermənistan-Azərbaycan münaqişəsi müzakirə edilib - Sputnik Azərbaycan
ABŞ-ın Milli Müdafiə Universitetində Azərbaycanın və Birləşmiş Ştatların bayraqları

Sonda dinləyicilər fəal şəkildə sual-cavab mərhələsində iştirak edərək, Yaxın Şərqdə cərəyan edən hadisələr fonunda ölkəmizin mövqeyi, Bir kəmər-Bir Yol təşəbbüsündə Azərbaycanın inkişafı, İsrail-Azərbaycan münasibətləri, enerji layihələri ilə bağlı səfir Elin Süleymanova suallar ünvanlayıblar.

Qeyd edək ki, 1976-cı ildə əsası qoyulmuş Milli Müdafiə Universitetinin əsas məqsədi ABŞ və xarici dövlətlər üçün milli və beynəlxalq təhlükəsizlik çağırışlarının qiymətləndirilməsi ilə məşğul olacaq hərbi və mülki kadrların hazırlanmasıdır. Beş kollecdən ibarət universitetin Azərbaycan da daxil olmaqla, dünyanın 90-dan çox ölkəsindən məzunları vardır.

Xəbər lenti
0