CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səhiyyə Nazirliyi koronavirusa görə hərəkətə keçdi - VİDEO

© Sputnik / Murad OrujovПрохожие в медицинских масках на улице в Баку, фото из архива
Прохожие в медицинских масках на улице в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Özünüzdə soyuqdəymə, halsızlıq, yüksək hərarət halları aşkar etdikdə dərhal həkimə müraciət edin. Bundan əlavə, iş masasının üstü hər gün spirtlə dezinfeksiya edilməlidir

BAKI, 26 fevral — Sputnik. Səhiyyə Nazirliyi tərəfindən koronavirusdan qorunmaq üçün video təlimat yayılıb. Sputnik Azərbaycan xəbər verir ki, video təlimatda qeyd olunur ki, yeməzdən öncə və ictimai yerlərdə gəzinti zamanı əlləri ilıq su və sabunla ən azı 20 saniyə ərzində yumaq lazımdır. Bundan başqa, qeyd olunub ki, yaxınlıqda soyuqdəymə və qrip əlamətli insan gördükdə mümkün qədər uzaq durmaq lazımdır.

"Özünüzdə soyuqdəymə, halsızlıq, yüksək hərarət halları aşkar etdikdə dərhal həkimə müraciət edin. Bundan əlavə, iş masasının üstü hər gün spirtlə dezinfeksiya edilməlidir. Qapı dəstəklərini, mətbəx mebellərini, stol, tualet, telefon, klaviatura və vanna otağını təmiz saxlamaq lazımdır", - deyə video təlimatda bildirilib.

Bundan başqa, heyvanların da koronavirusun daşıyıcısı ola biləcəkləri vurğulanıb: "Ümumdünya Səhiyyə Təşkilatı tövsiyə edir ki, ehtiyac yoxdursa, canlı və ya ölü heyvanlara toxunmayın. Heyvanlarla təmasdan sonra əllərinizi yumağı unutmayın. Ət məhsullarının yaxşı bişirilməsinə diqqət edin".

Xəbər lenti
0