CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Süfrəmizə zəhər göndərənlərin kitabını bağladılar – FOTO

© The Food Safety Agency of the Republic of Azerbaijanİstehsalı sexi
İstehsalı sexi - Sputnik Azərbaycan
Abunə olmaq
Aşkar edilmiş qanunsuzluqlarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb

BAKI, 26 fevral — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, AQTA əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şosesi, ev 54 ünvanında fəaliyyət göstərən fiziki şəxslər - Vəliyev Akif Müseyib oğluna və Şərifov Elburus İsfəndiyar oğluna məxsus unlu və qənnadı məmulatlarının istehsalı sexlərində reyd keçirilib.

Reyd zamanı hər iki müəssisədə məhsul istehsalı, saxlanması, daşınması və satışı zamanı sanitar-gigiyenik norma və qaydaların kobud şəkildə pozulduğu müəyyən edilib.

© The Food Safety Agency of the Republic of Azerbaijan
Unlu və qənnadı məmulatlarının istehsalı sexləri - Sputnik Azərbaycan
1/3
Unlu və qənnadı məmulatlarının istehsalı sexləri
© The Food Safety Agency of the Republic of Azerbaijan
Unlu və qənnadı məmulatlarının istehsalı sexləri - Sputnik Azərbaycan
2/3
Unlu və qənnadı məmulatlarının istehsalı sexləri
© The Food Safety Agency of the Republic of Azerbaijan
Unlu və qənnadı məmulatlarının istehsalı sexləri - Sputnik Azərbaycan
3/3
Unlu və qənnadı məmulatlarının istehsalı sexləri
1/3
Unlu və qənnadı məmulatlarının istehsalı sexləri
2/3
Unlu və qənnadı məmulatlarının istehsalı sexləri
3/3
Unlu və qənnadı məmulatlarının istehsalı sexləri

Sexlərdə məhsulların qablaşdırılmasında istifadə edilən karton materialın döşəmə ilə birbaşa təmasda saxlanıldığından məhsulların mikrobioloji çirklənməsinə səbəb olduğu, xəmir qarışdırıcının sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinin gözlənilmədiyi aşkarlanıb.

Hər iki faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlər bundan sonra da davam etdiriləcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.

Xəbər lenti
0