Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanlı alim: “Koronovirusa qarşı 3-4 aya vaksin tapmağı düşünürəm”

© REUTERS / TYRONE SIUСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
AMEA-nın müxbir üzvü Tərlan Məmmədov bildirib ki, məqsədi koronavirusa qarşı  zülal əsaslı (protein based) effektiv vaksin yaratmaqdır

BAKI, 26 fevral — Sputnik. “Yeni koronavirusun nukleotid ardıcıllığı nəşr edildikdən sonra bu ölümcül virusa qarsı vaksin hazırlamaq işlərinə başladım. Virusun dünya ölkələrində, o cümlədən İranda, Azərbaycanla sərhəddə qeydə alınması məni narahat edir. Ona görə də hazırda bütün gücümü bu vaksinin hazırlanmasına cəlb eləmişəm”.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə APA-ya Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov bildirib.

© Photo : APATərlan Məmmədov, arxiv şəkli
Azərbaycanlı alim: “Koronovirusa qarşı 3-4 aya vaksin tapmağı düşünürəm” - Sputnik Azərbaycan
Tərlan Məmmədov, arxiv şəkli

O bildirib ki, tədqiqatlara bir neçə həftə əvvəl başlayıb: “Məqsədim koronavirusa qarşı  zülal əsaslı (protein based) effektiv vaksin yaratmaqdır. Tədqiqatlar nəticəsində koronovirusa qarşı hədəf zülalları müəyyən edilib. Bu zülal antigenlər yaşıl bitki yarpaqlarında sintez ediləcək”.

Alim qeyd edib ki, hazırda bütün dünya ölkələrindən alimlər virusa qarşı vaksin əldə etməyə çalışır: “Dünya əhalisi risk altındadır. Ona görə mən də bu işə öz töhfəmi verməyi qərara aldım. Vaksini 3-4 ay ərzində əldə etməyi düşünürəm”.

Xəbər lenti
0