CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Orduda koronavirusa qarşı ciddi tədbirlər barədə məlumat verildi

© Sputnik / StringerЗдание министерства обороны Азербайджанской Республики
Здание министерства обороны Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə nazirinin əmri ilə xəstəliklərin profilaktikası məqsədilə hərbi qulluqçuların sağlamlığının qorunub saxlanılması, yoluxucu xəstəliklərə qarşı profilaktik və əks-epidemik tədbirlər görülür.

BAKI, 26 fevral — Sputnik. "Azərbaycan Ordusunda şəxsi heyətin xəstəliklərə yoluxmasının qarşısını almaq məqsədilə ciddi qabaqlayıcı tədbirlər görülür".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev bildirib.

Ситуация в связи с эпидемиологической обстановкой в Польше - Sputnik Azərbaycan
ÜST SOS verdi: Virus Çin xaricində sürətlə yayılır, ölənlər var

Onun sözlərinə görə, mövsümi kəskin respirator xəstəliklər, o cümlədən koronavirus infeksiyasının yayılması ehtimalını və hərbi hissələrin şəxsi heyətinin bu kimi xəstəliklərə yoluxmasının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunda ciddi qabaqlayıcı tədbirlər həyata keçirilir.

Müdafiə nazirinin əmri ilə xəstəliklərin profilaktikası məqsədilə hərbi qulluqçuların sağlamlığının qorunub saxlanılması, yoluxucu xəstəliklərə qarşı profilaktik və əks-epidemik tədbirlər görülür.

Hazırda bütün hərbi hissələrdə mövsümi xəstəliklərdən qorunma yolları barədə tibbi maarifləndirmə işi və hərbi qulluqçuların gündəlik termometriyası aparılır.

Azərbaycan Ordusunda görülən qabaqlayıcı tədbirlər nəticəsində şəxsi heyətin sağlamlığı ilə bağlı bu günədək heç bir narahatlıq qeydə alınmayıb, epidemioloji vəziyyət stabildir və nəzarət altındadır.

Xəbər lenti
0