Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Daha iki ölkədə koronavirusa ilk yoluxma aşkarlandı

© REUTERS / Guglielmo MangiapaneСитуация в связи с эпидемиологической обстановкой в Италии
Ситуация в связи с эпидемиологической обстановкой в Италии - Sputnik Azərbaycan
Abunə olmaq
Afrikada Əlcəzair, Avropada Rumıniya koronavirus "estafeti"ni qəbul ediblər. Bununla da koronavirusun yayıldığı ölkələrin sayı 35-ə çatıb.

BAKI, 26 fevral — Sputnik. Koronavirusa yoluxma hallarının aşkarlandığı ölkələrin sayı artır.

“Report” xəbər verir ki, Əlcəzair həkimləri ölkədə ilk koronavirusa yoluxma hadisəsini qeydə alıblar.

Ölkənin səhiyyə, əhali və tibb islahatı naziri Əbdürrəhman Benbuzid faktı təsdiqləyib. Məlumata görə, bu, İtaliyadan gəlmiş şəxsdir. O, Əlcəzairə fevralın 17-də gəlib.

Rumıniyada da yeni növ koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb. Bu barədə yerli televiziya məlumat yayıb.

Bununla da koronavirusun yayıldığı ölkələrin sayı 35-ə çatıb.

Xəbər lenti
0