BAKI, 26 fevral — Sputnik. Azərbaycanda ilik köçürülməsi (transplantasiya) icbari tibbi sığorta xidmətlərinə alınmayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov bildirib.
Şöbə müdiri qeyd edib ki, hazırda tibb sahəsində bir çox dövlət proqramları var ki, onlardan biri də ilik köçürülməsi ilə bağlıdır. Ş. Eyvazovun sözlərinə görə, hazırda dövlət proqramına daxil olan çərçivədə xidmət göstərilir. Agentlik rəsmisi ilkin səhiyyə xidmətlərinin icbari tibbi sığortada olub-olmayacağına da aydınlıq gətirib: "İlkin səhiyyə xidməti çərçivəsində evdə xəstə olan vətəndaşlarımıza xidmət göstəriləcək. Yerdə qalan hallarda vətəndaşlara xəstəxana və ya ambulator şəraitdə tibbi yardımlar həyata keçiriləcək".