BAKI, 26 fevral — Sputnik. 40 min afrikalaşdırılmış arı Amerikanın Kaliforniya ştatının Pasadina şəhərində oteldən uçaraq beş nəfərə hücum edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə The Guardian nəşri məlumat yayıb.
Fevralın 19-da polis və yanğınsöndürmə xidmətinə Howard Johnson oteli yaxınlığındakı bulvarda qatil arıların adamları dişlədiyi barədə məlumat daxil olub. Məlumata görə, otelin karnizində məskən salmış afrikalaşdırılımış arı beçəsi hansısa səbəbdən uçaraq adamlara hücum edib. Polis ehtimal edir ki, arıların aqressiyasına səbəbə səs və yaxud vibrasiya ola bilər.
Arıların dişləməsi diaqnozu ilə beş nəfər, həmçinin iki polis və iki yanğınsöndürən xəstəxanaya yerləşdirilib. Fövqəladə xidmətin əməkdaşları arıları tüstü ilə sakitləşdirməyə uğursuz cəhd etdikdən sonra, onları yanğınsöndürən köpüklə öldürməyə məcbur olublar.
Arfikalaşdırılmış arılar — Afrika və Avropa arılarının qarışığından yaradılıb. Onlar Cənubi Amerikaya 1950-ci illərdə aparılıb və indiyədək yerli növlərlə qarışıb. Öz yuvalarını aqressiv şəkildə qoruduqları üçün bu həşaratları qatil arılar adlandırmağa başlayıblar.
Daha əvvəl yayılan məlumata görə, Hindistanın Naqalend ştatının Koxima şəhərində arı beçəsi təsadüfi bir yolçunun üstünə cumub. Əvvəlcə 25 yaşlı kişinin üstünə bir arı qonub, sonra onu digər arılar izləyib.