BAKI, 25 fevral — Sputnik. İran səhiyyə nazirinin müavini İrəç Hərirçi özündə koronavirus infeksiyasının (COVID-19) aşkar edildiyini bildirib.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, o bu barədə bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Nazir müavini qeyd edib ki, onun testlərinin cavabı pozitiv çıxıb.
Bu olkədə koronavirusdan ölənlərin sayı da 16 nəfərə çatıb.