SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan Bakıya uçdu: “Azərbaycanın inkişafına fayda verməyə davam edəcəyik”

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Rəcəb Tayyib Ərdoğan bildirib ki, iki ölkə arasında səfərlərin çoxluğu strateji tərəfdaşlığın səviyyəsini nümayiş etdirir

BAKI, 25 fevral — Sputnik. 2019-cu ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 25 faiz artıb.

Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Qardaş köməyi: Çindəki azərbaycanlı tələbələri Türkiyə gətirəcək

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfəri ərəfəsində mətbuat konfransı zamanı deyib.

O xatırladıb ki, Bakıya sonuncu dəfə ötən il oktyabrın 15-də gəlib: “Noyabrın 30-da isə azərbaycanlı həmkarım İlham Əliyevi Ankarada qəbul etmişəm. Azərbaycan Prezidenti ilə müxtəlif məsələləri telefonla müzakirə edirik”.

R.T.Ərdoğan bildirib ki, iki ölkə arasında səfərlərin çoxluğu strateji tərəfdaşlığın səviyyəsini nümayiş etdirir: “Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 25 faiz artıb, amma 2015-ci ildə qeydə alınmış 5 milyard dollar həcmindən azdır”.

Türkiyə Prezidenti daha sonra qarşılıqlı investisiyalar barədə danışıb: “Türkiyənin Azərbaycana birbaşa investisiyaları 11 milyard dollara çatıb. Eyni zamanda Azərbaycanın Türkiyəyə investisiyaları 20 milyard dollar təşkil edir. Azərbaycanın inkişafına bundan sonra da fayda verməyə davam edəcəyik”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana gəlir. Türkiyə Prezidentinin təyyarəsi artıq Azərbaycan istiqamətində qalxıb.

Səfər zamanı R.T.Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında iştirak edəcək. Şura toplantısında Azərbaycan-Türkiyə münasibətləri hərtərəfli nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə ediləcək. Görüşdə ikili münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər haqqında da fikir mübadiləsinin olacağı güman edilir. Bundan başqa, səfər çərçivəsində müxtəlif anlaşma və sazişlərin imzalanması gözlənilir.

Xəbər lenti
0