CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda 7 avtobusun yolu dəyişdiriləcək

© Sputnik / Irade JELILАвтобус Bakubus, фото из архива
Автобус Bakubus, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Müntəzəm xətt üzrə avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək

BAKI, 25 fevral — Sputnik. Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar paytaxtın müəyyən küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırıldığından bəzi marşrutlar üzrə də avtobusların hərəkət istiqaməti dəyişdiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agnetliyindən məlumat verilib.

Xəbərdə bildirilir ki, Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar paytaxtın müəyyən küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırıldığından 7 marşrut xəttinin hərəkət trayektoriyası dəyişdiriləcək. Bunlar 4, 21, 30, 32, 46, 49 və 175 saylı avtobuslardır. Müntəzəm xətt üzrə avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

Xəbər lenti
0