BAKI, 24 fevral — Sputnik. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 29 saylı Səbail Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Sultan Nəcəfov və Elçin Rəhimovun müraciətinə baxılıb.
Sputnik Azərbaycan bildirir ki, məsələ barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib. O bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 23 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb.
MSK 29 saylı Səbail Seçki Dairəsi üzrə 23 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar verib. Bundan əvvəl bu dairənin 1, 5, 9, 11, 17, 25 saylı seçki məntəqələrində seçkinin nəticələri ləğv edilib.
Qeyd edək ki, 29 saylı Səbail Seçki Dairəsində lider namizəd Nigar Arpadaraidir.