Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

BVF koronavirusla bağlı proqnozunu verdi: gözləmək lazım deyil

© Sputnik / Mohammad SobhanСитуация в связи с эпидемиологической обстановкой в Иране
Ситуация в связи с эпидемиологической обстановкой в Иране  - Sputnik Azərbaycan
Abunə olmaq
Georgiyeva eyni zamanda bildirib ki, koronavirus (2019-nCoV) hər şeydən əvvəl iqtisadiyyata mənfi təsiri olan insan fəlakətidir

BAKI, 24 fevral — Sputnik. Yeni koronavirusun dünya iqtisadiyyatına təsirinin tez bir zamanda aradan qaldırılmasını gözləmək lazım deyil. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva Səudiyyə Ərəbistanında "G-20"yə üzv ölkələrin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri ilə görüşü zamanı bildirib.

BVF rəhbəri qeyd edib ki, fond yanvar ayında dünya ÜDM-nin bu il 3,3%-ə qədər artmasını proqnozlaşdırırdı: "Lakin iqtisadiyyatın bərpa olunmasına dair proqnozlar kövrək xarakter daşıyır və stress və qeyri-effektiv iqtisadiyyatın təsiri altında olan ölkələrdə vəziyyətin normallaşmasından asılı olacaq".

Georgiyeva eyni zamanda bildirib ki, koronavirus (2019-nCoV) hər şeydən əvvəl iqtisadiyyata mənfi təsiri olan insan fəlakətidir.

Xəbər lenti
0