CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AZAL İrana uçuşlar barədə açıqlama verdi

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев ознакомился с самолетом Embraer 190 авиакомпании Buta Airways
Президент Ильхам Алиев ознакомился с самолетом Embraer 190 авиакомпании Buta Airways - Sputnik Azərbaycan
Abunə olmaq
Heydər Əliyev Beynəlxalq Aeroportunda və Azərbaycanın digər hava limanlarında "İran Air" aviaşirkəti tərəfindən yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq

BAKI, 24 fevral — Sputnik. Çoxsaylı müraciətlərlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti bildirir ki, "Buta Airways" aviaşirkəti hazırda İran istiqamətində yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.

Bu barədə Sputnik Azərbaycan-a AZAL-dan məlumat verilib.

"O cümlədən, aşağıbüdcəli "Buta Airways" aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır. Həmçinin bildirmək istəyirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda və Azərbaycanın digər hava limanlarında "İran Air" aviaşirkəti tərəfindən yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq", - AZAL prezidenti Cahangir Əsgərov bildirib.

Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Azərbaycan Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirib və bu istiqamətdə əlavə tədbirlər görüləcək.

Xəbər lenti
0