CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusdan Azərbaycana Novruz zərbəsi: İtkimiz böyük olacaq

© AFP 2024 / HAIDAR HAMDANIСитуация в связи с эпидемиологической обстановкой в Иране
Ситуация в связи с эпидемиологической обстановкой в Иране - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər İranla sərhədlər bağlanmasa güman edirik ki, Novruz bayramında Azərbaycana xeyli sayda iranlı turist gələcək. Çünki, rezervasiya etmək üçün müraciət edənlərin sayı çoxdur

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 fevral — Sputnik. İrandan Azərbaycana gəlmək üçün tur paket alan iranlı turistlərin bir qismi səyahət biletlərini ləğv etmək üçün otelərə müraciət edib. Bu barədə Sputnik Azərbaycan-a İranın "Ulduz" Turizm Şirkətinin rəhbəri Həmid Cahadi məlumat verib. O, bildirib ki, tur paket alan iranlı turistlərdən 8-9 ailə otellərə zəng edərək bronları ləğv etmək istədiklərini bildiriblər: "Onların çoxu 4 ulduzlu otellərdə yer bron edən iranlı turistlərdir. Amma hələki biz sərhədlər bağlanmayanadək sifarişlərin ləğvi ilə bağlı tələbləri icra etmirik. Çünki, bu turistlərin özlərinə zərər vurur. Əgər səyahət bileti turist tərəfindən tam əsas olmadan ləğv edilirsə, bunun cəriməsini turist özü ödəyir".

Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
SƏHİYYƏ
ÜST koronavirusla bağlı son vəziyyəti açıqladı

Həmid Cahadi bildirib ki, koronavirus yayılmazdan öncə İrandan bu Novruz bayramında Azərbaycana 50 min turistin gəlməsi proqnozlaşdırılıb: "Təkcə bizim şirkət 2-3 min arası turist cəlb etməyi nəzərdə tuturdu. Bu günə kimi bizim tur şirkətdən 1000-ə yaxın turist səyahət bileti alıb. Onların bir qismi konsertlər, digər qismi isə Novruz şənliklərində iştirak etmək istəyindədirlər. Novruz Bayramı Azərbaycanda daha maraqlı keçdiyi üçün, iranlı turistlər bu bayramı ölkəmizdə qeyd etmək arzusundadırlar. Amma Azərbaycanın Tehrandakı səfirliyi Azərbaycana vizaların verilməsini müvəqqəti olaraq dayandırıb. İranlı turistlərin əksəriyyəti Azərbaycana viza almaq üçün onlayn şəkildə müraciət edirlər və bu məsələdə heç bir problem yoxdur. Biz özümüz də müvəqqəti olaraq İrandan turistlərin rezervasiyasını dayandırmışıq."

"Baku Life Travel"ın rəhbəri Aqşin Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, İranda koronavirus təhlükəsi ilə bağlı Azərbaycana səyahət bileti alanlardan bir neçə ailə biletin ləğvi üçün müraciət edib: "Bizdən tur paket alan iranlı turistlərin sayı 30-35 ailədir. Əslində biz bu Novruzda İrandan daha çox turistin gələcəyini proqnozlaşdırırdıq. Amma İrandakı Azərbaycan konsulluğu viza verməyi dayandırıb. Ancaq turistlər asan vizaya müraciət edə bilərlər. Əgər İranla sərhədlər bağlanmasa güman edirik ki, Novruz bayramında Azərbaycana xeyli sayda iranlı turist gələcək. Çünki, rezervasiya etmək üçün müraciət edənlərin sayı çoxdur".

Xəbər lenti
0