Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Koronavirus: özümüzü və başqalarını necə qoruya bilərik?

© REUTERS / ALY SONGСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае  - Sputnik Azərbaycan
Abunə olmaq
ÜST və Britaniyanın Milli Səhiyyə Xidməti "COVID-19" xəstəliyindən qorunmağın, eləcə də onun yayılmasının qarşısını almağın yollarını açıqlayıb.

BAKI, 24 fevral — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Britaniyanın Milli Səhiyyə Xidməti (MSX) yeni "COVID-19" xəstəliyindən özümüzü və başqalarını necə qoruya biləcəyimizə dair təlimat dərc edib.

Sputnik Azərbaycan Britaniya mediasına istinadən xəbər verir ki, təlimata əsasən, yeni tip koronavirusdan qorunmaq və onun yayılmasının qarşısını almaq üçün aşağıdakıları etmək vacibdir:

Ситуация в связи с эпидемиологической обстановкой в Ираке - Sputnik Azərbaycan
SƏHİYYƏ
Koronavirus bu ölkələrə də çatdı

Əllərinizi yuyun

Əlləri sabun və su ilə tez-tez yumaq və ya alternativ olaraq dezinfeksiya edici gel ilə təmizləmək əlin səthindən virusları və bakteriyaları yox edəcək.

Əllərinizin içinə öskürməyin və asqırmayın

Virusa yoluxmusunuzsa, əllərinizin içinə asqırarkən və ya öskürərkən kənara çıxan hava damcıları əllərinizin səthinə yapışacaq. Bu, o deməkdir ki, əşyalara və ya insanlara toxunarkən siz virusu yaya bilərsiniz. Bunun əvəzində, asqırarkən və ya öskürərkən ağzınızı yaylıq, salfet, paltarın qolu və ya bükülmüş dirsəyinizlə bağlamaq məsləhət görülür.

Salfetlər istifadədən sonra ağzı bağlı zibil qutusuna atılmalı, əllər su və sabun və ya dezinfeksiyaedici gel ilə yuyulmalıdır.

Əlləriniz təmiz deyilsə, gözlərinizə, burnunuza və ya ağzınıza toxunmayın. Bundan başqa, əllərinizlə üzərində bakteriyalar olan bir çox səthlərə toxunma riski var. Gözlərinizə, burnunuza və ya ağzınıza toxunarkən virusu bakteriyalı səthdən özünüzə keçirə bilərsiniz.

Məsafə saxlayın

Xəstəliyi olan insanlarla sıx təmasdan çəkinməyə çalışın. ÜST xüsusilə öskürən, asqıran və yüksək hərarəti olan insanlardan ən azı bir metr aralıda durmağı tövsiyə edir.

Əgər yoluxmuş şəxsə çox yaxın məsafədə durmusunuzsa, o, öskürərkən və ya asqırarkən virus nəfəsinizlə orqanizminizə daxil ola bilər.

Biləsuvar Gömrük Postu - Sputnik Azərbaycan
SƏHİYYƏ
İranla sərhədyanı rayonlarda koronavirus yayılıb?

Bazarlarda ehtiyatlı olun

ÜST bazarlara gedərkən heyvanlara və ya heyvan mənşəli məhsullara toxunduqdan sonra əllərinizi su və sabunla yumağı, eləcə də əllərinizlə gözlərinizə, burnunuza və ya ağzınıza toxunmamağı tövsiyə edir.

Həmçinin xəstə heyvanlarla və ya heyvan mənşəli korlanmış məhsullarla, eləcə də heyvan tullantıları və ya mayelərlə təmasdan qaçmaq lazımdır.

Çiy və ya az bişmiş heyvan mənşəli məhsulların istehlakından çəkinmək, eləcə də ərzaq təhlükəsizliyi qaydalarına riayət etmək tövsiyə olunur.

Hazırda it və ya pişik kimi ev heyvanlarının koronavirusa yoluxa biləcəyinə dair heç bir sübut yoxdur. Lakin, həmişə ümumi bakteriyalardan qorumaq üçün ev heyvanları ilə təmasdan sonra əllərinizi sabun və su ilə yumaq məsləhət görülür.

Təyyarədə hansı yerdə oturduğunuzun fərqi varmı?

Pensilvaniya Dövlət Universitetinin biologiya və riyaziyyat üzrə professoru Hovard Vaysın rəhbərlik etdiyi tədqiqat qrupu reyslərdə sərnişinlərin davranışlarını araşdırıb.

Pəncərə yanındakı oturacaq təyyarədə ən təhlükəsiz yer hesab edilir, çünki əgər sərnişin yerini dəyişməsə, o, digər oturacaqlardakı sərnişinlərə nisbətən başqaları ilə daha az təmasda olacaq. Lakin, Vaysın qrupunun 2018-ci ildə apardığı tədqiqat sərnişinlərin hər hansı bir xəstəliyə yoluxma ehtimalının olduqca aşağı olduğunu göstərib.

Professor Vays "National Geographic" nəşrinə deyib: "Əgər siz orta cərgədəki oturacaqlarda oturmusunuzsa, əlbəttə ki, sizin yanınızdan kifayət qədər çox adam keçəcək, amma onlar sürətlə hərəkət edəcəklər. Ümumilikdə biz göstəririk ki, infeksiyanın hansısa konkret sərnişinə ötürülmə ehtimalı kifayət qədər aşağıdır."

O, həmçinin koronavirusun necə yayıldığının hələlik məlum olmadığını qeyd edib.

Kliniki Tibbi Mərkəz (Semaşko) - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bakıda iki nəfər koronavirusa görə xəstəxanaya yerləşdirildi

Koronavirusun simptomları nədir?

Koronavirusun yaratdığı xəstəlik hazırda "COVID-19" ("CO" – korona, "VI" – virus, "D" – xəstəlik (ingiliscə – disease), "19" – yaranma ili) adlanır.

Onun əsas əlamətləri bunlardır:

- öskürək

- yüksək temperatur

- nəfəs darlığı

Qeyd edək ki, "COVID-19" xəstəliyinin xüsusi bir müalicəsi hələ ki, yoxdur. Buna baxmayaraq, alimlər vaksin əldə etmək üçün çalışırlar. Bu xəstəliyə tutulmuş şəxslərə evdə qalmaq və digər insanlarla sıx əlaqədən qaçmaq tövsiyə olunur.

Xəbər lenti
0